Dünyanın bir sıra məkanlarında mövcud olan ayrı-ayrı restoranlar qeyri-adi adət-ənənələri, daxili qaydaları ilə diqqət çəkirlər. Onlar arasında "Tualet", "Çılpaq bədən", "Həbsxana" adlı restoranlar var.

Unikal.org dünyanın qeyri-adi restoranlarını təqdim edir:

Sinqapurdakı "Auru" restoranı daxildən hospitalı xatırladır. Bu restoranın xidmətlərindən yararlanmaq istəyən müştərilər əlil arabalarında oturub yemək yeməli, içkiləri şprislərdə içməlidirlər.



ABŞ-dakı restoranı sözün əsil mənasında "Təhqir məkanı" adlandırmaq olar. Məsələ burasındadır ki, bu ictimai-iaşə obyektinə üz tutan hər bir müştəri restoranda təhqir edilir. Onun müştəriləri olduqca kobuddurlar. Onlar nahar edən müştərilərə yaxınlaşıb müxtəlif cür şitliklər edir, o cümlədən salfet atırlar. Məqsəd insanlara hər cür şəraitdə, o cümlədən təhqir olunarkən vəziyyətdən çıxış yolu tapmağa kömək etməkdir.


Çindəki "Tualet" restoranında əylənmək, nahar etmək istəyən müştərilər unitazın üstündə oturmalıdır. Onlara yeməyi də kiçik unitazlarda verirlər. Salfet kimi isə tualet kağızlarından istifadə edirlər.



Hindistanlı sahibkar iddia edir ki, onun biznesi restoranında qəbir daşları qoymasından sonra genişlənib. Buna görə də onun restoranında qəbir daşları var. Dəmir hasarlarla əhatələnmiş qəbirlər restoranın düz ortasındadır.


Los-Ancelesdə "Çılpaq bədən" adlı yapon restoranı da qeyri-adi ictimai-iaşə obyektlərindəndir. Burada müştərilərə gözəl qızlar, modellər xidmət göstərir. Onlar paltarlarını soyunaraq masaya əyləşirlər. Onların bədənləri bulud (padnos) rolunu oynayır. Bundan sonra modellərin çılpaq bədənlərinə müxtəlif cür meyvələr, tərəvəzlər düzülür.



Prezervativləri təbliğ edən restoran Tailandda fəaliyyət göstərir. Məqsəd təhlükəsiz seksi və ailə planlaşdırmasını təbliğ etməkdir. Burada müştərilərə xidmət edən ofisiantlar da başlarına prezervativlərə bənzər rezinlər taxırlar.



Tailanddakı "Həbsxana" restoranına üz tutan şəxslər özlərini bir neçə saatlığa azadlıqdan məhrum edilmiş şəxs hesab edirlər. Lakin burada bir fərq var: - müştərilərə seksual paltar geymiş "nadzorlar" -"həbsxana nəzarətçiləri" qulluq göstərirlər.


Xüsusi adyallarla, döşəklərlə bəzədilmiş çarpayılarla dolu olan "Yataq" restoranı da dünyanın qeyri-adi iaşə obyektləri sırasındadır. Müştərilərin rahat olması üçün onlara xüsusi ev ayaqqabıları təqdim edilir. Yeməklər xüsusi masalarla yatağa gətirilir.


Məşhur "Alisa möcüzələr diyarında" cizgi filmini təbliğ edən restoran isə Yaponiyadadır. Restoranın içi elə bəzədilib ki, burada nahar edən müştərilər özlərini möcüzələr diyarında hiss edirlər. Onun daxili sirli dünya təsiri bağışlayır. Yeməklərin xüsusi dadı da öz yerində.publika.az