Rusiyalı milyarder Roman Abramoviç bayram tətilini xanımı Daşa Jukova və dostları ilə birlikdə dəbdəbəli yaxtada keçirib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, milyarder Karib hövzəsində Fransaya məxsus Sen-Bartelemi adasında dincəlir. Cütlük və qonaqları gəminin göyərtəsində çəkdirdiyi fotoları sosial şəbəkədə paylaşıb.
Xatırladaq ki, milyarderin yaxtasında bayram axşamı hətta məşhur müğənni Pol Makkartni "The Killers qrupu ilə birlikdə qonaqları üçün mahnılar ifa edib.