Qazaxıstanın Belarusdakı səfirliyinin baş mühasibi 680 min dollardan çox pulu mənimsədiyinə görə saxlanılıb.
Unikal.org-un APA-ya istinadən xəbərinə görə, bu barədə Qazaxıstanın korrupsiyaya qarşı mübarizə üzrə milli bürosunun saytında yer alan məlumatda deyilir.
Bildirilir ki, 2012-2015-ci illər ərzində Seydualıyev adlı şəxs səfirliyinin binasının tikintisini həyata keçirən şirkət üçün saxta sənədlər tərtib edərək büdcədən 207 min dollar, həmçinin Belarusun vergi orqanlarından ƏDV-nin qaytarılmasından əldə olunan 474 min dollar vəsaiti oğurlayıb.
Hazırda şübhəli şəxs Astanada müvəqqəti təcridxanada saxlanılır.