Gənc Diplomatlar Birliyi Beynəlxalq Mətbuat Mərkəzində "Polşada Azərbaycan diasporunun inkişafında gənclərin rolu mövzusunda konfrans keçirib. 

Konfransı giriş sözü ilə açan təşkilatın baş katibi Eltun İbrahimov layihə haqqında gənclərə məlumat verərək bildirib ki, layihənin məqsədi Polşada Azərbaycan diasporunun inkişafı, Palşada Azərbaycan həqiqətlərinin və zəngin mədəni dəyərlərinin geniş təbliğinə, gənclərin rolunun artırılmasından ibarətdir. Biz çox sevinirik ki, Polşada fəaliyyət göstərən bir neçə təşkilat könüllü olaraq öz töhvələrini verməkdə maraqlıdırlar.
Azerbaycan Respublikası Milli Məclisinin deputatı, professor Elman Nəsirov iki ölkə arasındakı münasibətdən söz açaraq layihənin olduqca vacibliyini diqqətə çatdırıb: " Azərbaycan-Polşa münasibətləri bizim üçün olduqca əhəmiyyətlidir, hər iki tərəfdən nümayəndə heyətlərinin davamlı səfərləri, digər sahələrdəki əməkdaşlıqlar bu münasibətlərə öz töhfəsini verməkdədir. Hesab edirik ki, gənclərimizdə bu istiqamətdə kifayət qədər fəal iştirak etməklə öz töhfələrini vermiş olacaqlar".

Daha sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.