Türkiyənin televiziya və radio şurası (RTÜK) evlilik verilişlərinə pul cəzası tətbiq edib.
Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, evlilik verilişləri ilə bağlı quruma çoxlu sayda şikayət daxil olub.
2016-cı ildə Kanal D-dəki "Kısmetse olur", Star TV-dəki "Zuhal Topalla", ATV-də yayımlanan "Esra Erol", "Show tv"dəki "Evleneceksen gel" və Flash TV-də yayımlanan "Dest-i İzdivaç" proqramlarına ümumilikdə 94 min şikayət gəlib.
Evliliyin maddiyatla əlaqələndirilməsi, əxlaqi dəyərlərin alçaldılması, iştirakçıların gülməli vəziyyətə salınması, əngəlli insanların problemlərinin əsas müstəviyə çıxarılması tamaşaçıların narazılığına səbəb olub.
Bu səbəbdən RTÜK evlilik proqramlarına pul cəzasının tətbiq edilməsini qərara alıb.