Bu gün 14:00 radələrində Bakının Rəşid Behbudov küçəsi ilə Zərifə Əliyeva küçəsinin kəsişməsində ağır yol qəza hadisəsi baş verib. 

Unikal.org avtosfer.az-a istinadən xəbər verir ki, 88 nömrəli sərnişin avtobus ilə "Nissan" markalı, 10-EC-444 dövlət nömrə nişanlı maşın toqquşub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsi yoldan kənara çıxaraq səkiləri dağıdıb. 88 nörməli avtobusda olan sərnişinlər yaralanıb, müxtəlif xəsarətlər alıblar. Yaralı sərnişinlərdən 80 yaşlı Məlahət Məmmədovanın vəziyyəti isə daha ağırdır. Hadisə şahidlərinin verdiyi məlumata görə, günah "Nissan" markalı maşının 19-20 yaşlı gənc sürücüsündə olub. Belə ki, o yol hərəkəti qaydalarını pozaraq yolun sol üçüncü zolaq xəttindən sağa dönmə əməliyyatı keçirərkən hadisə baş verib. Təcili Tibbi Yardımın əməkdaşları xəsarət alanları xəstəxanaya aparıblar.