Ötən il Gürcüstana 1 523 075 nəfər Azərbaycan vətəndaşı səfər edib.

Unikal.org report-a istinadən xəbər verir ki, bu göstərici ilə Azərbaycan vətəndaşları Gürcüstana səfər edən xarici ölkə vətəndaşları sırasında birinci yerdədir.

Gürcüstanın Milli Turizm Administrasiyasından "Reportun Gürcüstan bürosuna bildiriblər ki, 2010-cu ildə bu ölkəyə cəmi 497969 min Azərbaycan vətəndaşı səfər edib. 2011-ci ildə bu rəqəm 714418 ( artım 30 faiz), 2012-ci ildə 931933 (15 faiz artım), 2013-cü ildə 1075857 (19 faiz artım), 2014-cü ildə 1283214 (9 artım), 2015-ci ildə isə 1393257 (9 faiz artım) təşkil edib.

Keçən il Azərbaycandan bu ölkəyə gələn turistlərin sayı 2015-ci il ilə müqayisədə 129818 nəfər və yaxud da 9,3 faiz çoxdur.

Ümumilikdə isə 2016-cı ildə Gürcüstana 6 milyon 350 min 625 nəfər xarici ölkə vətəndaşı səfər edib.

Gürcüstana gələn xaricilər sırasında ermənilər ikinci, Türkiyə vətəndaşları üçüncü, rusiyalılar isə dördüncü yerdədirlər.