Bu mükafata layiq görüldüyüm üçün çox xoşbəxtəm.

Bu sözləri MTRŞ-nin monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov "Tərəqqi medalı ilə mükafatlandırılması haqda danışarkən deyib.

O, buna görə qürur duyduğunu bildirib:

"Cənab Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm ki, məni belə bir yüksək mükafatla təltif edib. Həmçinin mükafata namizədliyimi irəli sürənlərə, öz rəhbərliyimizə də dərin minnətdarlığımı bildirirəm. Çalışacağam ki, mənə göstərilən bu etimadı daim doğruldum.

Xatırladaq ki, Təvəkkül Dadaşov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il noyabrın 7-də imzaladığı sərəncama əsasən "Tərəqqi medalına layiq görülüb.