İzmirdə Ədliyyə Nazirliyinin yerli idarəsinin binası yaxınlığında partlayış bomba yüklənmiş avtomobil vasitəsilə törədilib.
Unikal.org xəbər verir ki, məlumatı "Doğan" agentliyi yayıb.
Agentliyin xəbərinə görə, hadisə yerində bir terrorçunun meyiti var.
Məlumata görə, bomba yüklənmiş avtomobillə hücumdan sonra iki terrorçu ilə polis əməkdaşları arasında atışma olub.
***
18:03
Türkiyə mətbuatının yadığı məlumata görə, hazırda hadisə nəticəsində 2 terrorçu öldürülüb. Biri isə qaçıb. Ümumilikdə hadisə nəticəsində 10 dinc vətəndaş xəsarət alıb. Birinin vəziyyəti ağırdır.