Qlobal platforma olan Change.org saytında "Zəngəzuru Azərbaycana qaytarın! başlığı altında petisiya yerləşdirilib.
Unikal.org publika.az-a istinadən xəbər verir ki, petisiyanın ünvanı olaraq Rusiyanın Yekaterinburq şəhəri, müəllif isə Yevgenil Syomin göstərilib.
Bildirilir ki, Zəngəzur Azərbaycan və türk dünyasının ürəyində yaradır. Petisiyada Azərbaycan Prezidenti İlham Əliyevin Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) V Sammitində çıxışı xatırlanıb:
"Nəinki Dağlıq Qarabağ, eyni zamanda, qədim türk torpağı olan Zəngəzur da bizim əzəli torpağımızdır. XX əsrin əvvəllərində Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana verməklə əslində bütün türk dünyasının coğrafi bağlılığını artıq aradan götürüblər. Bizim bağlılığımız, təbii ki, gündən-günə güclənir. Amma coğrafi baxımdan biz bir-birimizdən ayrıyıq.
Petisiyada qeyd edilir ki, Zəngəzuru ermənilərə verməklə, Naxçıvan coğrafi baxımdan Azərbaycandan ayırdılar. Naxçıvanın faktiki olaraq üç tərəflə Ermənistan tərəfindən mühasirəyə alındığını bildirilir.Vurğulanır ki, Zəngəzur Azərbaycan xalqına qarşı erməni terrorçuların soyqırımının bir neçə dalğasını yaşayıb:
"Əvvəllər Zəngəzurda erməni əhali praktik olaraq yox idi. Soyqırımı və etnik təmizləmələrə baxmayaraq, 1918-ci ilin əvvəlinə qədər azərbaycanlılar Zəngəzur əhalisinin əksəriyyətini təşkil etməkdə davam edirdi. Etnik təmizləmə siyasətinə baxmayaraq, 1988-ci ilə qədər Zəngəzurda əhəmiyyətli sayda azərbaycanlı əhalisi qalırdı. Artıq Qarabağ hadisələrinin başlanması ilə Zəngəzur soyqırımı və etnik təmizləmələrin üçüncü və son dalğasına məruz qaldı.
Petisiyada bildirilir ki, Ermənistan respublikasının rəhbərliyi qarşısında Qarabağın rayonları ilə yanaşı, Zəngəzur və Ermənistanın başqa rayonlarına Azərbaycan qaçqınlarının qayıdışı mütləq şərt olaraq, qoyulmalıdır.