"WhatsApp messengeri köhnəlmiş qurğularda işləməyəcək.

Unikal.org xəbər verir ki, bu barədə Britaniyanın "Daily Express jurnalında məlumat verilib. Layihə müəlliflərinin sözlərinə görə, messenger "iPhone 3GS, "Windows Phone 7, "Android 2.1 və "Android 2.2 proqram təminatlı telefonlarda dəstəklənməyəcək. Bu proqram "Blackberry OS, "Blackberry 10, "Nokia S40 və "Nokia Symbian S60 mobil qurğularında iyunun 30-dək istifadə olunacaq.

Qeyd edək ki, "Facebook Messengerdə ödənişsiz videozənglərdən bütün dünyada milyardlarla insan istifadə edir.