Azərbaycanın məşhur hotellərindən biri satışa çıxarılıb.

Naxçıvan Muxtar Respublikasında yerləşən və həm də müalicə mərkəzi kimi fəaliyyət göstərən "Duzdağ Hotel hərrac yolu ilə satılacaq.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, hotel hərraca fevralın 1-də NMR-nın Auksion Mərkəzində çıxarılacaq. 

Obyektin hərracda start qiyməti 17 milyon manat müəyyənləşib.