ABŞ-da keçirilən prezident seçkilərinə Rusiya və digər xarici ölkələrin müdaxiləsinə dair məxfi hesabat Prezident Barak Obamaya təqdim edilib.
Bu barədə məlumatı "Assoşieyted Press kəşfiyyat orqanlarından əldə edib.
Hesabatda yer alan məlumatlar yanvarın 6-da yeni seçilmiş prezident Donald Trampa təqdim ediləcək.
ABŞ xüsusi xidmət orqanları Rusiya və "Vikiliks arasındakı vasitəçiləri də müəyyən etdiyini açıqlayıb.
Həmin vasitəçilər ABŞ Demokratlar Partiyasına aid sənədləri dərc olunması üçün "Vikiliksə ötürüblər.
CNN-in xəbərinə görə, bu barədə ABŞ kəşfiyyatının məxfi hesabatında qeyd olunub.
Bu arada ABŞ-ın vitse-prezidenti Co Bayden Rusiyanın kiber hücumlarına məxfi tədbirlərlə də cavab verildiyini açıqlayıb.
"Bəzi tədbirlər sizə məlumdur. Lakin atdığımız digər addımlar barədə siz heç nə bilməyəcəksiniz, - Bayden bildirib.
O, 35 rusiyalı diplomatın ölkədən çıxarılmasını məlum tədbirlərdən biri olduğunu bildirib.
Qeyd edək ki, ABŞ hökuməti rusiyalı hakerlərin ölkənin seçki sistemlərinə və siyasi təşkilatlarının resurslarına hücum etdiyini açıqlayıb. Hücumlar Trampın seçkilərdə qələbə qazanması məqsədilə təşkil edilib.
Rusiya tərəfləri bütün ittihamları rədd edir.