Ötən gecə ABŞ-ın Türkiyədəki səfirliyinin rəsmi tvitter səhifəsində paylaşdığı foto böyük marağa səbəb olub.
Unikal.org Lent.az-a istinadən xəbər verir ki, foto 1971-72-ci illərdə Türkiyənin baş naziri olmuş Nihat Erimin həmin vaxt ABŞ prezidenti olan Riçard Niksonla görüşünü əks etdirir.
19 mart 1971-ci ildə baş tutan görüşdə çəkilən və #TürkAmerikanDostluğu həştəqi ilə paylaşılan foto ilə rəsmi Vaşinqtonun hansı mesajı vermək istədiyi müzakirələrə səbəb olub.
Bildirilir ki, N.Erim Türkiyənin sui-qəsdə məruz qalaraq öldürülən yeganə hökumət başçısıdır və 1980-ci il iyulun 19-da DEV-SOL terror təşkilatı tərəfindən öldürülüb. Bu gün isə nə onun qətlinin, nə də Niksonla görüşünün ildönümüdür. İki ölkə arasında siyasi gərginliyin hər keçən gün artığı dönəmdə paylaşılan foto sosial şəbəkələrdə sürətlə yayılır. Bir çoxları bunu ABŞ-ın rəsmi Ankaraya təhdidi kimi qəymətləndirir.
Onu da qeyd edək ki, N.Erim 1971-ci ildə baş vermiş hərbi çevrilişin ardından baş nazir olmuşdu. O, Dəniz Gəzmişin və dostlarının yaxalanıb edam edilməsi əməliyyatının rəhbəri kimi tanınır. N.Erimin sui-qəsdə qurban getməsinin səbəbi də məhz həmin hadisələrdəki rolu olub. DEV-SOL N.Erimi öldürməklə Dəniz Gəzmiş və dostlarının intiqamını aldıqlarını açıqlayıb.