Türkiyənin Çorum vilayətinindəki kəndlərdə çoban çatışmazlığı problemi var.
Unikal.org türkiyə mediasına istinadən xəbər verir ki, Çorum vilayətinin valisi Nəcməddin Kılıç problemin həlli üçün bir sıra təkliflər səsləndirib.
Nəcməddin Kılıç bildirib ki, vilayətdəki çobanlara sürü idarəetməsi üzrə təlimlər keçirilərək sertifikatlar veriləcək.
"Həmçinin müəyyən olunmuş sayda əgər çoban tapılmazsa, Azərbaycan kimi türkdilli ölkələrdən Məşğulluq və Sosial Təminat Nazirliyinin icazəsi ilə gələn çobanlara da iş verilə bilər".