Image result for Bəkir Bozdağ
İzmirdə məhkəmə binası qarşısında baş vermiş partlayışın kimin törədilməsi açıqlanıb.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, Ədalət naziri Bəkir Bozdağ İzmir hücumuyla əlaqədar 18 adamın saxlanıldığını deyib.

Bozdağ terrorçuların şəxsiyyətlərinin də müəyyən olduğunu və tapşırığı terror təşkilatı olan PKK tərəfindən verldiyini açıqlayıb.

"Hörmətli mətbuat nümayəndələri dünən, saat 16:00 radələrində İzmirdə Ədliyyə xidməti binasının c blokunun polis qapısı qarşısında "Broadway" bir vasitənin partladılıb. Sonrasında terroristlərin təqibi nəticəsində çıxan qarşıdurmada bir polis və bir ədliyyə işçisi şəhid olub. Şəhidlərimizə rəhmət, hadisə nəticəsində yaralanan 9 vətəndaşımıza təcili şəfalar diləyirəm.

Nazir bildirib ki, terroristlərin ikisi ölü olaraq ələ keçirilib: "Polis işçisi Fəthi Seki həqiqətən bu hadisədə çox böyük bir qəhrəmanlıq göstərib. O canını fəda edərək böyük bir fəlakətin qarşısını aldı. Şəhid polis memurumuz Fəthi Sekini və yaralı polislerimizi onların şəxsində terrorla mübarizə edən bütün təhlükəsizlik güclərimizi təbrik edirəm. Millətimiz onlara təşəkkür etməyə borcludur.
Hücuma görə 18 nəfər saxlanılıb. Hücumu edən terroristlərin şəxsiyyəti məlumdur. Ancaq bu anda bu məlumatları açıqlamırıq. Terror təşkilatı mövzusunda hər hansı bir tərəddüd yoxdur. Təlimatı separatçı terror təşkilatı olan PKK verib. Hərəkətin İzmirdə olmasına bəziləri fərqli mənalar düşünə bilər. Ancaq hamımız bilirik ki, bu terror təşkilatları insanlığın düşmənidir.