Ermənistanın müvafiq qurumları Azərbaycanın işğal altındakı Kəlbəcər rayonundakı məşhur "İstisu bulağı ətrafında yeni müalicəvi istirahət kompleksi yaratmağı planlaşdırır.
Unikal.org modern.az-a istinadən xəbər verir ki, bu haqda erməni geoloq Akop Mkrtçyan bildirib.
Onun sözlərinə görə, "İstisu mineral bulağı ətrafında istirahət komleksinin salınması üçün yaxşı perspektiv var və Ermənistanın müvafiq qurumları bu haqda düşünür.
Akop Mkrtçyanın sözlərinə görə, perspektivdə əcnəbi turistlərin kütləvi şəkildə bura cəlb olunması mümkündür.
İşğal altındakı Kəlbəcər rayonunun adını dəyişdirərək "Karvaçar edən işğalçılar 1992-ci ildən bəri orada qarət və talanla məşğuldurlar. Ermənilər uzun müddətdir ərazidəki qızıl yataqlarını, mineral su və ağac ehtiyatını istismar edirlər.
Xatırladaq ki, işğal altındakı "İstisu bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriya salınmışdı.
Kəlbəcər İstisu mineral ehtiyatı və "İstisu sanatoriyası ilə dünyada tanınıb. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu su dünyada məşhur olan "Karlovı-Varı bulaqlarının (Çexiya) oxşarıdır və bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir.