Hər kəs Əlican Ağaoğlunu axtarır!

Unikal.org xəbər verir ki, türkiyəli milyarder Əli Ağaoğlunun qızı Senanın dəbdəbəli toyu uzun müddət müzakirə olunduqdan sonra indi də oğlu gündəmə gəlib. Məlum olub ki, milyarderin 30 yaşlı oğlu "Google"-da ən çox axtarılan şəxs olub.

Statistikaya əsasən, Əlicanla xüsusilə qadınlar maraqlanır. Onları ən çox maraqlandıran suallar Əlicanın sevgilisinin olub-olması, atasının "Ağaoğlu holdinqindəki vəzifəsi, yaşı, sərvəti və təhsili olub. 

Əlican təxminən 1 həftədir ki, sosial şəbəkələrdə də ən çox axtarılan şəxslər reytinqinə başçılıq edib.