Ermənistan Müdafiə NazirliyiAdministrasiyasının rəhbəri hərbi qulluqçuların mənzilini ələ keçirib.

Unikal.org-un "nyut.am saytına istinadən verdiyi məlumata görə, Ermənistan Ordusunda xidmət edən hərbi qulluqçuların xeyli hissəsi uzun illərdir mənzil çatışmazlığı problemi səbəbindən evsiz-eşiksiz qalıblar: ""Super güzəştləri və rəhbərliyə "yaxınlığı ilə seçilənlərə mənzil probleminin aidiyyəti yoxdur. 
Xidməti səlahiyyətlərindən uğurla istifadə edən rəhbər işçilər "adamı və tanışı olmayanların mənzillərini istədiyi vaxt zəbt edə və hüquqlarını tapdalaya, əmlakını mənimsəyə bilər. Ermənistan Müdafiə Nazirliyinin Administrasiya rəhbəri Qarnik Hayrapetyan da məhz belə qolu zorlulardandır. Bu günlərdə məlum olub ki, Yerevan şəhəri Nork məhəlləsi, Qyurcyan 58/1 ünvanındakı bina tam olaraq Ermənistan Müdafiə Nazirliyinin əməkdaşlarına aiddir. 
İllərlə növbə gözləyən hərbi qulluqçuların sayının minlərlə olmasına baxmayaraq, nazirliyin Administrasiyasının rəhbər işçiləri burada "güzəştl şərtlərlə, heç bir növbə gözləmədən hər cür şəraiti olan mənzillərlə təmin ediliblər. Lakin uzun illərdən bəri həsrətlə növbədə gözləyən 7 hərbi qulluqçunun ailəsini bu binada mənzillə təmin etmək "mümkün olmayıb.

Sayt yazır ki, Müdafiə Nazirliyinin Administrasiya rəhbəri bir mərtəbəni zəbt edib.

"Bildirilir ki, binanın hər mərtəbəsində 8 mənzil var. Q. Hayrapetyan sonuncu mərtəbəni tam zəbt etməklə yanaşı binanın dam hissəsini də ələ keçirib. O, burada özünün istirahəti üçün şərait də yaradıb. Deyilənlərə görə, orada hovuz da mövcuddur. Yeddi zabitin ailəsi kimə şikayət edəcəyini bilmir. Hara müraciət etsələr də, Müdafiə Nazirliyinin məmuru Q. Hayrapetyanın qorxusundan heç kim onları qəbul etmək istəmir, - deyə sayt qeyd edir.