Braziliyanın şimalında Monte-Kristo Aqrar penitensiar müəssisəsində qiyam baş verib.
Unikal.org TASS-a istinadla xəbər verir ki, dərhal həbsxanaya Braziliya hərbi polisinin xüsusi bölməsinin döyüşçüləri yeridilib.
Üsyan yatırıldıqdan sonra həbsxana ərazisində 33 məhbusun meyiti aşkar edilib. Hadisənin təfərrüatları barədə məlumat verilmir.