ABŞ-ın rəhbərliyi altında beynəlxalq koalisiya qüvvələri Suriyada İŞİD terrorçu qruplaşmasının liderini məhv edib.
Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun məlumatında deyilir.
Mahmud əl-İsauyi dekabrın 31-də Rakkada hava zərbəsi nəticəsində öldürülüb.
Məlumata görə, Mahmud əl-İsauyi bundan əvvəl İraqın Fəluca şəhərində qruplaşmanın kəşfiyyat və media infrastrukturuna nəzarət edib.