ABŞ-ın seçilmiş prezidenti Donald Tramp yanvarın 11-də seçkilərdə qələbəsindən sonra Nyu-Yorkda ilk böyük mətbuat konfransını keçirəcək.
Unikal.org xəbər verir ki, bu barədə Tramp tərəfindən Ağ evin mətbuat katibi postuna irəli sürülmüş Şon Spayser ənənəvi brifinqdə məlumat verib.
Spayserin sözlərinə görə, Donald Tramp qarşıdakı mətbuat konfransında təkcə prezidentlik səlahiyyətləri müddətində öz biznesinin idarə edilməsindən necə kənarlaşacağına deyil, mövzuların geniş dairəsinə toxunmaq niyyətindədir.
Onun sözlərinə görə, Tramp hədəfləri və prioritetləri barədə sualları cavablandırmağa hazırdır.