Keçən ilin 28 iyul tarixində 17 yaşlı türkiyəli model Kaya Kaderin doğum gününə iki gün qalmış meşədə üzərində zorakılıq əlamətləri olan cəsədinin tapılması haqda məlumat vermişdik.
Unikal.org haberler.com-a istinadən xəbər verir ki, Eskişehirdə meşədə alt paltarları boğazınasoxularaq öldürülən Kader Kayanıniş görüşməsinə getmək üçün səhvən mindiyi avtobusdan enərək qatilinin avtomobilinə oturduğu məlum olub.
Gənc modeli öldürən 30 yaşlı Mətn Yılmazın məhkəmə prosesi keçirilib. Məhkəmədə şahid olaraq dinlənilən sərnişin avtobusunun sürücüsü Akın Yıldırım hadisə günü Kader Kayanın onun sürücüsü olduğu avtobusa mindiyinideyib.
TƏFƏRRÜAT
Polis Kaderin qatili -2 uşaq atası Mətn Yılmazı tutub. Kaya ilə cinsi əlaqəyə girmək üçün razılığa gəldikləri iddia edilən və aralarında yarananmübahisədə onun alt paltarını ağzına soxaraq öldürdüyünü söyləyən Yılmaz həbs olunub.
Qatilə ömürlük həbs cəzasının istənildiyi məhkəmə prosesində Kayanın valideyinləri də iştirak ediblər.
Məhkəmədə təqsirkarın həyat yoldaşı Yadigar Yılmaz"Həyat yoldaşım iş görüşməsi üçün getmişdi. Daha sonra üstü-başı toz içində evə gəldi. Sağ əli də qan idi. Nə olduğunu soruşduğumda yol vermək üstündə başqa bir avtomobil sürücüsü ilə dalaşdığını dedi"ifadəsini verib.
Avtobus sürücüsü Akın Yıldırım da hadisə günü Kader Kayanın istifadə etdiyi avtobusa mindiyini və"Mənə bir şirkətin harada olduğunu soruşdu. Mən də o şirkətin əks istiqamətdəki yolun qarşısında olduğunu, yalnış avtobusa mindiyini söylədim".
Məhkəmə fevralın 28-nə təxirə salınıb.