"2016-cı il Ermənistanın xarici siyasətində ciddi böhran yaşandı.
Unikal.org xəbər verir ki, bu barədə Ermənistanda strateji və milli tədqiqatlar mərkəzinin direktoru, politoloq Manvel Sarkisyan deyib.
Onun sözlərinə görə, artıq dünyada köhnəlmiş mexanizmlər aradan qaldırılır: "Lakin heç kim nə baş verəcəyini bilmir. Əgər 1990-cı illərdə II Dünya Müharibəsinin nəticələrinə yenidən baxılırdısa, indi I Dünya Müharibəsi dövründəki vəziyyət yaranıb. Dövlətlər, sərhədlər yox olur, münasibətlər haqqında danışmaq çətinləşir. Hamı üçün yeni dövr başlayır. Biz nə vaxt şəxsi problemlərimizi araşdırmağa başlayırıq, eyni çətinliklə qarşılaşırıq. Ermənistan aprel müharibəsindən sonra Qarabağ məsələsinə yeni yanaşmanı qoya bilmədi. Qarabağ məsələsində və diplomatik planda artıq nəsə etməyi bacarmırıq. Ermənistan rəhbərliyi aprel müharibəsindən sonra yalnız gülüş hədəfinə çevrildi. Biz məğlub olmuşuq.
M.Sarkisyan Levon Ter-Petrosyanın "Qarabağ məsələsi Ermənistanın inkişafında əsas əngəldir deyə bildirdiyi fikirlərə də münasibət bildirib.
"25 il boyunca biz bildirmişik ki, Qarabağ münaqişəsi və erməni-türk əlaqələri Ermənistan üçün çətinlik yaradır. 25 il boyunca biz şüurlu şəkildə anlamışıq ki, bu məsələlər həllini tapmalıdır. Yerdə qalan məsələlər ikinci dərəcəlidir. Lakin əsas məsələ Ermənistanda dövlət quruluşunun da, müstəqillik bəyannaməsinin də, hətta konstitusiyanın da saxta olmasıdır. Bu baxımdan, kimlərsə əsas problemin Dağlıq Qarabağ münaqişəsi, kimlərsə Serj Sarkisyan, kimlərsə siyasi partiyaların olduğunu deyə bilər. Lakin məsələ 25 ildə bizim normal dövlət qura bilməməyimizdədir, - deyə o bildirib.(publika.az)