Portuqaliyanın sabiq Prezidenti və Baş naziri Mariu Suariş şənbə günü 92 yaşında vəfat edib.
Unikal.org France-Press agentliyinə istinadən xəbər verir ki, sabiq Prezident dekabr ayında xəstəxanaya yerləşdirilmişdi və dərin koma vəziyyətində idi.
Portuqaliya Sosialist Partiyasının banisi Mariu Suariş iki dəfə Baş nazir vəzifəsində işləyib, 1986-cı ildən 1996-cı ilədək ölkənin Prezidenti olub. Dövlət başçısı vəzifəsindən getdikdən sonra o, 1999-2004-cü illərdə Portuqaliyanı Avropa Parlamentində təmsil edib. 2006-cı ildə sosialistlər tərəfindən yenidən prezidentliyə namizədliyi irəli sürülsə də, seçkilərdə uduzub.