Ukrayna Respublikasının Ali Radasının deputatı Sergey Paşinskiy və "UKROP" partiyasının lideri Gennadiy Korbanın hakimiyyəti ələ keçirmək barədə telefon danışığının audio-yazısı yayıldı.
Unikal.org-un"Komsomolskaya pravdaya istinadla verdiyi məlumatda deyilir ki, gözlənilməz səs yazısı prezident administrasiyasının rəhbərinin keçmiş müavini Andrey Portnovun şəxsi Facebook səhifəsində yayımlanıb. 2014-cü ilin payızında baş tutmuş danışıqda deputat Paşinskiy Ukraynanın çiçəklənməsi üçün hakimiyyəti ələ keçirmək və ona rəhbərlik etmək barədə danışır. Həmin vaxt Dnepropetrovsk regional dövlət administrasiyasının başçısının müavini olan Korban isə cavabında "belə şeyləri telefonla danışma" -deyir.
Amma Paşinskiy " mən prezidentin dostuyam və "biz prezident üçün hakimiyyəti ələ keçirəcəyik" - deyə bildirir. Üstəlik, "öncə Pyotr Poroşenkonun düşmən hesab etdiyi yaxın ətrafını güllələmək"- lazımdır deyə hədələyir. Və əlavə edir:"Onlar heç nə edə bilmirlər, hətta oğurlamağı da bacarmırlar...".