Finlandiyada "Həqiqi Finlər Partiyasının deputatı Teuvo Hakkarainen məhkəmə qərarı ilə həbs edilib.
Unikal.org xəbər verir ki, bu barədə yerli "STT agentliyi məlumat yayıb.
Jyveskyle şəhərinin rayon məhkəməsi Hakkaraineni 20 gün azadlıq məhrum etməklə yanaşı ona 1160 avro pul cəzası da verib.
Xatırladaq ki, Hakkarainen Fransının Nits şəhərində 86 nəfərin ölümü və 434 nəfərin yaralanması ilə nəticələnən terror hücumundan sonra sosial şəbəkədə "Bütün Müsəlmanlar terrorçu deyil, lakin bütün terrorçular müsəlmanlardır. Müsəlmanlar Finlandiyadan çıxın,-deyə paylaşım etmişdi.