ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya ilə yaxşı münasibətlərin qurulmasının lazım olduğunu bildirib.
Unikal.org xəbər verir ki, bu barədə Tramp tvitter hesabında məlumat yayıb.
"Sadəcə axmaq insanlar Rusiya ilə yaxşı münasibətlər qurmağın pis olduğunu düşünə bilər,-deyə Tramp vurğulayıb.
Dünyada kifayət qədər problem olduğunu qeyd edən Tramp, iki ölkənin bir çox problemin həllində birgə çalışa biləcəyini bildirib.
Qeyd edək ki, Amerikan kəşfiyyat qurumları prezident seçkilərində Trampın qələbəsini təmin etmək üçün Rusiyanın kiberhücumlardan istifadə etdiyi iddialarının yer aldığı hesabat yayımlayıb.