Kanadanın Toronto şəhərinin yaxınlığındakı avtomobil magistral yollunda çovğun səbəbindən 100-dən çox avtomobil toqquşub.

Unikal.org-un APA-ya istinadən verdiyi xəbərə görə, zəncirvari qəzanın baş verdiyi 401-ci magistral yolun bir hissəsi hər iki istiqamətdə bağlanıb.

İnsident nəticəsində bir neçə şəxs xəstəxanaya yerləşdirilib. Ciddi xəsarət alan olmayıb.