Türkiyə polisi İstanbul terrorunu törrədən şəxsin kimliyini müəyənləşdirib.
Unikal.org Türkiyə KİV-lərinə istinadən bildirir ki, terroru törədən şəxsin Özbəkistan əsilli Əbdülqadir Maşaripov olduğu bildirilir. Digər təfərrüatlar açıqlanmır.
Qeyd edək ki, yeni il gecəsi İstanbulda 700 nəfərin olduğu məşhur kluba silahlı basqın zamanı 16-sı əcnəbi olmaqla 39 nəfər ölüb, 69 nəfər yaralanıb.