Qida şirkətinin sahibi kredit borcunu ödəyə bilmədiyi üçün özünü şəxsi avtomobilində bıçaqlayıb.
Unikal.org-un məlumatına görə, hadisə Bursada baş verib. Banka 225 min Lirə borcu olan iş adamı özünə bir neçə bıçaq zərbəsi endirib. Hadisə yerinə gələn polislər onu xəstəxanaya götürüblər. Hazırda vəziyyətinin ağır olduğu bildirilir.
Məsələ ilə bağlı polis araşdırmalara başlayıb.