Anasının evdə tək qoyub getdiyi 3 yaşlı uşaq yanaraq ölüb.
Unikal.org bildirir ki, faciəvi hadisə Adanada baş verib. Yanğın zamanı evdən çıxmaq istəyən balaca Mehmet dəmir barmaqlıqlar arasında yanaraq kül olub. Qonşular bildiriblər ki, qadın tez tez uşağını evdə tək qoyaraq harasa gedirmiş.
Hadisə ilə bağlı polis araşdırma aparır.