Futbol üzrə İngiltərə yığma komandasının sabiq yarımmüdafiəçisi Pol Qaskoyn London şəhərindəki otellərdən birinə hücum zamanı başından xəsarət alıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, otelə hücum edən şəxs futbolçunu pilləkənlərdən itələyib.
Polisin məlumatına görə, 49 yaşlı Qaskoyn hadisə zamanı sərxoş olub, lakin hazırda axtarışda olan naməlum şəxsə qarşı heç bir təhrikedici addım atmayıb.
Həkimlər futbolçuya kəllə sümüyünün zədəsi diaqnozu qoyublar və başına 11 tikiş atıblar.