Salvatore Bokketini İstanbula gətirə bilməyən "Galatasaray" daha bir müdafiəçinin transferinə çalışır.
Unikal.org goal.az-a istinadən xəbər verir ki, "sarı qırmızılar" belçikalı Nikolas Lombertsə rəsmi təklif göndərmək fikrindədir. Futbolçunun özü oyun praktikasının azlığından narazıdır və "Zenit"in onu başqa kluba buraxmaq istəmədiyinə görə şikayətlənir. Bu mövsüm 31 yaşlı müdafiəçi Rusiya Premyer Liqasında 5 oyun keçirib. Onun "piterlilər"lə 2018-ci ilə kimi müqaviləsi var.