Bu ilin mayında Fransada keçiriləcək prezident seçkilərində yeni, çox da məşhur olmayan namizəd ortaya çıxıb.
Unikal.org "Vesti.ruya istinadən xəbər verir ki, keçmiş bankir və "Fransanı sevmək hərəkatının banisi Olivye Reji lazım olan 500 səsdən də çox - 597 səs toplayaraq prezident seçkilərində namizədliyini irəli sürüb.
52 yaşlı Rejinin 2003-cü ilə qədər bankda işlədiyi məlumdur.
Qeyd edək ki, Fransada prezident seçkiləri 2017-ci ildə aprelin 23-ü və mayın 7-də iki mərhələli şəkildə keçiriləcək.