Londonda metropoliten işçiləri 24 saatlıq tətil elan ediblər.
Unikal.org-un verdiyi məlumata görə, buna səbəb metropolitendə ixtisarların aparılması və biletlərin satış məntəqələrinin bağlanması olub.
24 saat ərzində Londonun əksər metro stansiyalarının bağlı qalacağı bildirilir. Bununla əlaqədar, sərnişinləri daşımaq üçün marşrut xətlərinə əlavə 150 avtobus buraxılacaq.
London meri Sadiq Xan metropoliten rəhbərliyini həmkarlar ittifaqı ilə danışıqları davam etdirməyə çağırıb.