Ankarada Qaryağdı küçəsinə qətlə yetirilən səfir Andrey Karlovun adı verilib.
Unikal.org-un "Ria Novostiyə istinadən xəbərinə görə, həmin küçədə Rusiya səfirliyinin binası yerləşir.
Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri, 62 yaşlı Andrey Karlov dekabrın 19-da Ankara Müasir Sənət Mərkəzində 22 yaşlı polis Mevlet Mert Altıntaş tərəfindən öldürülüb. Sui-qəsdçi isə polis özəl hərəkatı tərəfindən zərərsizləşdirilib.