"Hamiləliyin 4-cü ayındayam. Çox xoşbəxtəm. Nəhayət ki, arzum gerçəkləşdi".
Unikal.org "The Sun"a istinadən məlumatına görə, bunu 4 aylıq hamilə olan 20 yaşlı Hayden Kross deyib. O, İngiltərənin ilk hamilə qalan kişisidir.
Haydenqadın doğulub. Lakin 15 yaşından sonra əməliyyatla cinsiyyətini dəyişib.
Lakin bir gün uşaq sahibi olmaq istəyəcəyini nəzərə alaraq yumurtalıqlarını dondurub. Uşağı dünyaya gələnə qədər müalicəsini dayandıran gənc, ana olandan sonra cinsiyyət dəyişdirmə prosesinə qaldığı yerdən davam edəcəyini deyib.
Krossdonor vasitəsilə hamilə olub və o, donoru "Facebook"da tapıb.
"Övladımın olmasını istəyirəm. Qız, oğlan fərqi yoxdur, əsas sağlam olsun. Amma oğlan uşağı olsa, daha yaxşı olar. Onunla futbol oynayaram, onu geyindirib, soyundurmaq mənə asan olar. Qızla bir az bunlar çətin olacaq", - deyə Hayden bildirb.
Marketdə satıcı işləyən gəncin sözlərinə görə, uşağı dünyaya gəldikdən sonra bir yaşında ona dayə tutacaq və gecə gündüz işləyəcək ki, övladına istədiklərini verə bilsin, onu savadlı biri kimi böyütsün.
Qeyd edək ki, dünyada hamilə qalan ilk kişi ABŞ-ın Arizona ştatında yaşayan Tomas Bitidir. 42 yaşlı Tomas ilk dəfə 2007-ci ildə ilk övladını dünyaya gətirib. O da əvvəllər qadın olub və əməliyyatlar nəticəsində cinsi mənsubluğunu dəyişib. Biti üç uşaq atasıdır.
Digər Xəbərlər
2024-11-27 20:20:48
2024-11-27 19:53:17
2024-11-27 19:33:37
2024-11-27 19:09:00
2024-11-27 18:55:29
2024-11-27 18:53:34
2024-11-27 18:04:57
2024-11-27 17:47:07
2024-11-27 17:40:00
2024-11-27 16:51:26
2024-11-27 16:43:32
2024-11-27 15:54:04
2024-11-27 15:33:29
2024-11-27 15:27:07
2024-11-27 15:16:36
2024-11-27 14:38:08
2024-11-27 14:22:38
2024-11-27 14:02:00