Qrip epidemiyası Fransanın Lion şəhərindəki qocalar evində 13 nəfərin ölümünə səbəb olub.
Unikal.org-un xarici mediaya istinadən məlumatına görə, bu haqda ölkənin sosial məsələlər və səhiyyə naziri Marisol Turen bildirib. Onun sözlərinə görə, ağır xəstəliyin ölümcül fəsadları 23 dekabrdan 7 yanvaradək olan müddətdə ortaya çıxıb. Nazir vurğulayıb ki, belə hadisəni "fövqəladə vəziyyət" hesab edir. O, qeyd edib ki, qripdən ölmüş qocaların orta yaş həddi 91,5 olub.
Qocalar evində yaşayan 72 nəfərdən hal-hazırda daha altı nəfəri xəstəxanaya yerləşdirilib. Nazir ölkənin İctimai Təminat Baş idarəsinə hadisənin təhqiqatı ilə bağlı göstəriş verib.
Fransada qrip epidemiyası 2016-cı ilin deakbrından yayılıb. Ölkənin tibb mütəxəssisləri xəstəliyin xüsusən 65 yaşdan yuxarı insanlar üçün təhlükəli olduğunu bildiriblər.