Nəvəsinin ad günü mərasimində sərxoş olan nənə bütün "maneələri" aşaraq diskotekaya qaçıb.
Unikal.org aznews.az-a istinadən xəbər verir ki, Rusiyada hüquq-mühafizə orqanlarındakı mənbənin mətbuata sızdırdığı məlumata görə, ad günü mərasimindən sonra diskotekaya getmək istəyən qadın və onun qızı 49 yaşlı nənəni evdə qoyaraq, qapını qıfıllayıblar. Buna səbəb sərxoş nənənin diskotekaya getməsindən ehtiyatlanmaları olub. Lakin əyləncə həvəskarı qadını belə bir maneə dayandırmayıb.
Qadın 3 mələfəni bir-birinə bağlayaraq özü üçün "nərdivan" hazırlayıb. Daha sonra 3-cü mərtəbədə yerləşən mənzilinin pəncərəsindən aşağı düşməyə başlayıb. İkinci və birinci mərtəbələrinin arasında yerə yıxılıb. İlk olaraq aldığı xəsarətin fərqində olmayan qadın yenə də oynamaq üçün kafeyə yollanıb. Lakin məkan bağlı olub. Dostunun evində vəziyyəti pisləşən qadın üçün təcili tibbi yardım çağırılıb. Həkimlər onun onurğa sütunu fəqərələrindən birinin sındığını müəyyən ediblər.
Polisin dindirdiyi qadın ərizə yazmaqdan və xəstəxanaya yerləşdirilməkdən imtina edib.