Bu gün günorta saatlarında Türkiyənin Qaziantep vilayətində polis idarəsinə terrorçuların silahlı hücumu barədə məlumat vermişdik.
Hücum zamanı bir terrorçu öldürülsə də, digəri hadisə yerindən qaçmağı bacarmışdı.
Unikal.org haberler-ə istinadən xəbər verir ki, hadisə yerindən müxbirlərin əldə etdiyi məlumata görə, ikinci terrorçu tutulub.
Öldürülən terrorçunun isə üzərinə baxış zamanı canlı bomba olduğu müəyyən edilib.