Hindistanda ailəli olan gənc qadından əl çəkməyən bir şəxs acığını qadının övladını qaçırmaqla çıxarıb.
Unikal.org Milliyet-ə istinadən xəbər verir ki, uşağı oğurlayan şəxs onun üzünü turşu ilə yandırıb. 2 yaşlı uşaq kor olmaq təhlükəsi ilə üz-üzə qalıb.
Aditya Raj adlı körpənin anasının iddiasına görə, onu təqib edən, hətta ərindən ayrılıb onunla evlənməsini istəyən bir adam tərəfindən uşağı qaçırılıb.
Aditya oğurlandıqdan bir gün sonra zibil qutusuna atılmış halda üzü turşu ilə yandırılmış şəkildə tapılıb.
Həkimlər uşağın mütləq plastik cərrahi əməliyyatlar keçirməsinin vacib olduğunu söyləyirlər.