Biz Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə xüsusi önəm veririk və bununla bağlı siyasi dəstəyimiz davam edəcək. Heç bir siyasi problemimiz yoxdur.
Bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu gürcü həmkarı Mixail Canelidze ilə görüşündə deyib.
"Gürcüstanla heç bir siyasi problemimiz yoxdur. Bir-birimizi dəstəkləyirik. Regional problemlərə baxmayaraq ikili ticarət həcmində artım var. Bu il Bakı-Tiflis-Qars dəmiryolu xətti fəaliyyətə keçəcək. Ötən il gürcü və azərbaycanlı həmkarlarımızla helikopterdən dəmiryolu xəttinə baxış keçirdik. Bu ilə daha çox görüşlər baş tutuacaq. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısı güman edirəm ki, Bakıda baş tutacaq, - Çavuşoğlu bildirib.
Türkiyə XİN başçısı onu da əlavə edib ki, hərbi çevriliş cəhdindən sonra Türkiyə hökuməti ilə ilk əlaqə saxlayan Georgi Kvirikaşvili olub.