Ən çox Zühal Topalın aparıcılıq etdiyi proqramda bu cür halların baş verdiyi qeyd edilib.
Sözügedən proqramdan çıxan şəxslər dəfələrlə mətbuata açıqlama verərək verilişin saxta olduğunu, iştirakçıların model agentliklərindən seçildiyini bildiriblər.
Bundan əlavə, müqavilə şərtləri isə namizədlərin istəyinə uyğun seçilir. Belə ki, onlar arasında sürücü istəyən, ayda bir dəfə başqa ölkəyə istirahətə getmək eşqinə düşən, gündəlik benzin xərci tələb edənlər var. Həftəlik ödənişlər isə tanınmış və qalmaqallı iştirakçılara görə dəyişir. Məsələn, bir neçə evlilik verilişinə transfer olan Hanifə adlı gəlin namizədi həftəlik 5 min TL qazanır.
Təkcə bəy-gəlin namizədlərinə yox, efirdə şərh bildirən şəxslərə də pul verilir. Onlar gündəlik 50-200 türk lirəsi dəyərində qonorar alırlar. İştirakçıların aldığı maaş 3500-9000 arası dəyişir.
İzdivac verilişində azərbaycanlı gəlin namizədi Naz Milana isə kifayət qədər qalmaqallı və verilişin əsas qəhrəmanlarından biridir. Onun verilişdə göstərdiyi "şoulardan hər kəsin məlumatlıdır. Hətta, bahalı gəlin namizədi digər evlilik verilişlərinin diqqətində olub. Naz bir neçə verilişlərə transfer olsa da, onun son dayanacağı Zühalın proqramıdır.
Bundan əvvəl dəfərlər verilişdə azərbaycanlı modellər də iştirak edib. Onlardan Fatimə, Esmiranı, Əli Əkbəri misal çəkə bilərik. Onların izdivac verilişinə model agentlikləri vasitəsiylə qatılması və qonorar alması istisna edilmir.