Bu il Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) xaricdə təhsil proqramına ayrılan məbləğ açıqlanıb.

Unikal.org-un məlumatına görə, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsinə 29,3 milyon manat xərclənəcək.

Məsələ Azərbaycan prezidentinin Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında imzaladığı fərmanda əks olunub.