Davos forumunda iştirak edən ekspertlər 2017-ci ildə dünyanı gözləyən ekoloji və geosiyasi təhlükələrdən danışıblar.
Unikal.org xəbər verir ki, Dünya İqtisadi Forumu üçün Davosa toplaşan nüfuzlu ekspertlər Global Risks Report adlı hesabat hazırlayıblar.
Ümumlikdə, hesabtda 30 qlobal risk və 13 təhlükəli tendensiyanın adı çəkilir. Risklər iqtisadi, ekoloji, geosiyasi, sosial və texnogen olmaqla 5 qrupa bölünüb.
Dünyanın 13 əsas tendensiyası sırasına isə - dünya əhalisinin qocalması, beynəlxlaq strukturların rolunun dəyişməsi, iqlim dəyişikliyi, ətraf mühitin vəziyyətinin pisləşməsi, cəmiyyətdə çoxqütblülüyün artması, millətçiliyin yüksəlişi, orta təbəqənin artması, xroniki xəstəliklərdən əziyyət çəkənlərin sayının artması, urbanizasiyanın sürətlənməsi, dünya güc mərkəzlərinin yerini dəyişməsi, əhalinin rəqəmsal texnologiyalardan asılılığının artması faktorları daxildir.