Rusiyada qrip epidemiyası başlayandan 5 nəfər vəfat edib.

Unikal.org "Ria Novosti-yə istinadən xəbər verir ki, bunu İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmətinin rəhbəri Anna Popova deyib. 

Onun sözlərinə görə, hazırda ölkə ərazisində qeydə alınan qripə yoluxma halları orta ağırlıqdadır: " Lakin ötən ilə nisbətən bu il xəstəxanaya yerləşdirilmə halları dəfələrlə azalıb.
Qeyd edək ki, ötən il Rusiyada qripdən 600-dən çox adam ölüb.