Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Yalçın Topçu 15 İyul çevrilişə cəhd gecəsinə dair maraqlı iddialar irəli sürüb.
Unikal.org "Milliyətə istinadən xəbər verir ki, müşavir çevrilişin baş tutacağı təqdirdə prezidentlik kürsüsünə prezidentin mühafizə xidmətinin komandiri Muhsin Kutsi Barışın oturacağını iddia edib.
Y.Topçu bunları deyib: "Sonradan həbs edilən Mühafizə Alayının komandiri Muhsin Kutsi Barışın yanına getdik. Bizə "Sizin şəxsinizlə əlaqəli iş deyil dedi. Orada bütün dərd və dava budur- Külliyən Prezident iqamətgahına girəcəklər guya-¦ Orada kim var? Mən varam, Ankara valisi var, baş katibin köməkçiləri Mətin bəy var, Nadir bəy var. Bizi yerə uzadacaqlar, qolumuza ayağımıza qandal taxacaqlar, daha sonra həmin adam da prezidentin kreslosunda şəkil çəkdirəcək. Olay bitdi.