ABŞ dövlət katibi Con Kerri Gürcüstana qısamüddətli səfər edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, C. Kerrinin təyyarəsi Tiflis hava limanına enib.
Burada o, Gürcüstan xarici işlər nazirinin birinci müavini David Zalkaliani ilə görüşüb. Görüşdə ABŞ-Gürcüstan əməkdaşlığı müzakirə edilib.
Qeyd edək ki, C. Kerri ötən ilin iyulunda Gürcüstanda səfərdə olub.