Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub.
Unikal.org Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı dövlət başçıları Astanada Suriya böhranı ilə bağlı danışıqlara hazırlıq üzrə birgə səyləri müzakirə ediblər.
Qeyd edək ki, Astanada Suriya münaqişəsi ilə bağlı danışıqlar yanvarın 23-də keçiriləcək.